BMT Baş Katibliyi Rusiya gübrəsini daşıyan ilk gəminin Hollandiya limanından ayrılaraq Afrikaya üzdüyünü açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, BMT baş katibinin açıqlamasında 20 min tonluq gübrənin ilk partiyası MV Greenwich gəmisi ilə Hollandiyadan yola düşərək Mozambik üzərindən Malaviyə yola düşdüyü bildirilir. 

Bu, Afrika ölkələrinə ilk göndərişdir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Afrikanı kənd təsərrüfatı məhsulları və gübrələrlə təmin etməyə hazır olduqlarını açıqlamışdı.