Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,7%-ə yüksəldib. Bu, əvvəlki proqnozla müqayisədə 0,3 bənd yüksəkdir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin “Dünya İqtisadi Vəziyyəti və Perspektivlər 2024” hesabatında deyilir.

Hesabatda gələn il üçün dünya iqtisadiyyatının 2,8% böyüyəcəyi gözlənilir.

Yanvar ayından etibarən qlobal iqtisadi gözləntilərin yaxşılaşdığına diqqət çəkən hesabatda əsas iqtisadiyyatların ciddi tənəzzüldən qaçdığı və inflyasiyanı azaltdığı vurğulanıb.

Uzun müddət davam edən yüksək faiz dərəcələri, borcun dayanıqlılığı ilə bağlı problemlər, davam edən geosiyasi gərginlik və pisləşən iqlim riskləri, xüsusilə də ən az inkişaf etmiş ölkələr üçün onilliklər ərzində əldə edilmiş inkişaf uğurlarını sarsıdacaq.

 

Gözəl Həşimova