"Qlobal kapital bazarlarının inkişafına baxmayaraq, investisiyalar ən çox ehtiyacı olan ölkələrə çatmır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, davamlı inkişaf məqsədləri üçün maliyyə çatışmazlığı ildə təxminən 4 trilyon dollar təşkil edir:

"Uşaqları məktəbdə və yemək masasında saxlamaq, iqlim fəlakətinin qarşısını almaq üçün keyfiyyətli maliyyələşməni təmin etmək üçün indi hərəkətə keçməliyik".

 

Gözəl Həşimova