Rusiyanın paytaxtı Moskvada keçirilən 4-cü Çin-Rusiya Enerji Ticarət Forumuna ünvanladığı təbrik mesajında ​​Çin Xalq Respublikasının sədri Xi enerji sahəsində əməkdaşlığı ikitərəfli əlaqələrin mühüm təməl daşlarından biri kimi qiymətləndirib.

Çin və Rusiyanın xarici risk və çağırışlara qarşı yaxın koordinasiyanı gücləndirməsinin və mühüm layihələri birlikdə təşviq etməsinin mövcud əməkdaşlığın gücünü göstərdiyini ifadə edən Xi, bu vəziyyətin həm də iki ölkə arasında hərtərəfli strateji əməkdaşlığın geniş perspektivini ortaya qoyduğunu deyib:

“Çin enerji əlaqələrini daha da yaxınlaşdırmaq, təmiz və bərpa olunan enerjinin inkişafını təşviq etmək, beynəlxalq enerji bazarlarının uzunmüddətli davamlı inkişafına töhfə vermək və beynəlxalq enerji əlaqələrini qorumaq üçün Rusiya ilə işləmək istəyir.”

Qeyd edək ki, elektrik enerjisi istehsalında dünyada 30 faiz payla birinci yerdə olan Çin, elektrik enerjisi istehsalında təxminən 28 olan bərpa olunan enerjinin payını 2025-ci ilə qədər yüzdə 33-ə, günəş və küləkdə isə ümumi quraşdırılmış enerji gücünü artıracaq.