Kahramanmaraşda dağıdılan binalarla bağlı istintaqda barəsində həbs qərarı çıxarılan podratçı Marmaris sahillərində qayıqla xaricə qaçmağa çalışarkən tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu xaricə qaçmağa çalışan ilk podratçi deyil. Belə ki, Adıyamanda baş verən zəlzələdə dağılan bir çox binanın podratçısı Yavuz Karakuş da həyat yoldaşı Sevilay Karakuşla Gürcüstana qaçmaq istəyərkən İstanbul hava limanında yaxalanıb. 

Kahramanmaraşda “Pamukoğlu İnşaat”ın tikdiyi binanın mühəndisi də Afyonkarahisarda ələ keçirilib.

Həmçinin istintaq çərçivəsində Ahmet Say haqqında da həbs qərarı çıxarılıb. Və o, dostunun Bodrumdakı  evində tutularaq, nəzarətə götürülüb.