Türkiyənin “Big Chefs” restoranlar şəbəkəsi gələn il Rusiya bazarına daxil olmağı planlaşdırır.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, şirkət bir il ərzində Rusiyada 10-a qədər müəssisə aça bilər.

“Big Chefs” dünyada kifayət qədər tanınmış operatordur və artıq Müstəqil Dövlətlər Birliyinin məkanındadır.

Qeyd edək ki, hazırda “Big Chefs”in dünyada 130-a yaxın restoranı var. İlk “Big Chefs” restoranı 2007-ci ildə Ankarada açılıb.

 

Gözəl Həşimova