Belarusun vəfat edən xarici işlər naziri Vladimir Makey Minskdəki Şərq qəbiristanlığında dəfn edilib

İqtisadiyyat.az xəbər verir ki, Mərkəzi Zabitlər Evində vida mərasimi keçirilib

Mərasimində Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiyanın respublikadakı səfiri Boris Qrızlov və xarici işlər nazirinin müavini Andrey Rudenko iştirak ediblər.

Makey 2000-2008-ci illərdə Aleksandr Lukaşenkonun köməkçisi işləyib. 2008-2012-ci illərdə prezident administrasiyasının rəhbəri olub. O, 2012-ci ildən Belarus Xarici İşlər Nazirliyinin rəhbəri idi.