"Ödənişini vaxtında edən müştəriyə imtiyazlar verilməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri problemli kreditlərin qarşısını ala biləcək metodlara toxunan iqtisadçı Natiq Cəfərli deyib. 

 

 

Onun sözlərinə görə, Azərbaycanda kredit anlayışı reytinqi daha geniş yaradılmalıdır:

"Məlumdur ki, bank həm də risk faktorlarına görə kredit faizini artırır. Lakin kreditini vaxtında ödəyən müştərilərə qarşı növbəti dəfə 4-5 faizlik güzəşt edilməlidir. Bu, problemli kreditlərin yaranmasının qarşısını alan faktorlardan birinə çevrilə bilər. Vətəndaş biləcək ki, ödənişlərini vaxtında etməsi gələn dəfə daha aşağı faizli kredit almasına imkan yaradacaq. Nəzərə alaq ki, banklar kredit verməkdə maraqlıdır".

Gülşən Şərif