"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro vaqonları üçün təkər cütləri alır.

İqtisadiyyat.az xəbər verir ki, yeni təkər cütləri «81-717/714» seriyalı metro vaqonları üçün nəzərdə tutulub.

Sifarişi “Oktyabrskiy Elektrovaqonoremontnıy Zavod” SC həyata keçirəcək.

"Bakı Metropoliteni" zavoda 753.664,1 manat ödəniş edəcək.