Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu barədə İqtisadiyyat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazirin müavini Əli Əhmədov bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini Hasan Kleyb ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında uğurlu tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar barədə məlumat verilib. Dövlət başçısı tərəfindən iqtisadiyyatın davamlı inkişafının, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb.

Görüş əsnasında həmçinin ölkəmizlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.