Azərbaycanla İran arasında bu ilin yanvar-iyun arasında ticarət dövriyyəsi 247,2 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 min dollar çoxdur.

Hesabat dövründə İrandan Azərbaycana 238,1 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 9,1 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin dəyəri 238,4 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova