Azərbaycan və Fransa arasında ticarət dövriyyəsi bu ilin yanvar-iyun aylarında 417,7 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 302,6 milyon dollar və ya 3,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Fransadan 290,9 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycan bu dövrdə Fransaya 126,7 milyon dollar dəyərində mal ixrac edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 115 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova