Azərbaycan və Ukrayna arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 179,8 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,2% azdır.

Hesabat dövründə Azərbaycan Ukraynadan 135,7 milyon dollar dəyərində məhsul idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 milyon dollar azdır.  

Azərbaycan isə bu dövrdə Ukraynaya 44 milyon dollarlıq mal ixrac edib ki, bu da 2022-ci ilin eyni dövrünə görə 86,5% azdır.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkəmizlə Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 476,5 milyon dollar təşkil edib.