Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmini açıqlayıb.

İqtisadiyyat.az bildirir ki, səfir bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu günə qədər zəlzəzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır çatdırılıb:

“Bunların bir qismi 30 nəfərlik çadırlardır. 401 ton tibbi ləvazimatlar da göndərilib. 1200-dən çox genarator , 6240 ədəd qızıdırıcı göndərilib. 737 ton qida məhsulları da göndərilib. Hər bir corab da, papaq da önəmlidir”.