Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsi 622,2 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 168,2 milyon dollar çoxdur.

Bu dövrdə ölkədən Rumıniyaya ixrac 561,7 milyon dollar təşkil edib. Azərbaycanın Rumıniyadan idxalının dəyəri isə 60,4 milyon dollar olub.

 

Gözəl Həşimova