Azərbaycanın bu ilin yanvar-iyun aylarında MDB ölkələrinə ixracı 827,1 milyon ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 33,8 milyon dollar azdır.

Hesabat dövründə MDB ölkələrindən idxal 2,4 milyard dollar təşkil edib. Bu da illik müqayisədə 607,6 milyon dollar və ya 32,5% çoxdur.

Cari ilin yanvar-iyun aylarında Azərbaycan bu MDB ölkələri ilə ticarət aparıb:

 

MDB ölkələri

Ticarət dövriyyəsi

Belarus

170 milyon dollar

Qazaxıstan

218,1 milyon dollar

Qırğızıstan

17 milyon dollar

Moldova

5,6 milyon dollar

Özbəkistan

80 milyon dollar

Rusiya

2,1 milyard dollar

Tacikistan

1,7 milyon dollar

Türkmənistan

485,4 milyon dollar

Ukrayna

159,5 milyon dollar

 

Gözəl Həşimova