Azərbaycan bu ilin yanvar-avqust aylarında 60,2 milyon dollar dəyərində 10,8 min ton kərə yağı idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,9 milyon dollar çoxdur.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,54%-ni təşkil edib.

 

Gözəl Həşimova