Azərbaycanla Hindistanın ticarət dövriyyəsi bu ilin yanvar-aprel aylarında 582,2 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 5% azdır.

Hesabat dövründə Azərbaycanın Hindistana ixracının dəyəri 513,6 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 68,5 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova