Azərbaycan bu ilin yanvar-iyun aylarında xarici ölkələrlə 26,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
6 aylıq xarici ticarət dövriyyəsinin 17,9 milyard ABŞ dolları ixracın, 8,1 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Bu dövrdə Azərbaycanın ən böyük ticarət tərəfdaşları isə bunlardır:
Ölkə |
Ticarət dövriyyəsi |
İtaliya |
8,5 milyard dollar |
Türkiyə |
3,9 milyard dollar |
Rusiya |
2,1 milyard dollar |
Çin |
1,3 milyard dollar |
Almaniya |
855,1 milyon dollar |
Gözəl Həşimova