Azərbaycanın Birləşmiş Ərəb Əmirliklər (BƏƏ) ilə ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 87,7 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 milyon dollar və ya 68,6% çoxdur.

Hesabat dövründə ölkədən BƏƏ-yə ixrac 44,9 milyon dollar təşkil edib. Azərbaycanın BƏƏ-dən idxalının dəyəri isə 42,7 milyon dollar olub.

 

Gözəl Həşimova