Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi bu ilin yanvar-iyul aylarında 15,4 milyard ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% azdır.

Cari ilin 7 ayı ərzində Azərbaycanın Aİ ölkələrinə ixracı 13,7 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 4,8% azdır. Hesabat dövründə Azərbaycanın Aİ ölkələrindən idxalı 1,7 milyard dollar dəyərində olub. Bu da illik müqayisədə 618,4 milyon dollar çoxdur.

 

Gözəl Həşimova