Bu gün Azərbaycanın 4 cüdoçusu Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq

İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirinin sonuncu günündə 3 çəki dərəcəsində 4 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq. Kişilərin mübarizəsində -90 kq. çəkidə Məmmədəli Mehdiyev, -100 kq. çəkidə Zelim Kotsoyev, +100 kq. çəkidə Uşanqi Kokauri və Camal Qamzatxanov medallar uğrunda mübarizə aparacaq. 

İlkin görüşlər saat 13:00-da başlayacaq.