Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 42 675 xarici ticarət iştirakçısı olub.

Dövlət Gömrük Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,5% çoxdur.

Ölkədə xarici ticarətlə məşğul olanların 34 452-si fiziki şəxslər, 8 223-ü isə hüquqi şəxslərdir. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 40,2% və 11,2% çoxdur.

Hüquqi şəxslərin isə 223-ü dövlət, 8 000-i isə özəl sektora məxsusdur. Bunlar da illik müqayisədə müvafiq olaraq 2,8% və 11,5% çoxdur.