Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi bu ilin yanvar-iyul aylarında 2 milyard 445 milyon 329 min dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 572,5 milyon dollar və ya 30,5% çoxdur.

Hesabat dövründə ölkədən Rusiyaya ixrac 711 milyon 534 min dollar təşkil edib. Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 1 milyard 733 milyon 794 min dollar olub.

Əlavə edək ki, hesabat dövründə Azərbaycan ən çox Rusiyadan mal idxal edib.

 

Gözəl Həşimova