Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,1 milyard ABŞ dolları təşkil edib.
İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac illik müqayisədə 2% azalıb.
Bu dövrdə Azərbaycanın qeyri-neft məhsullarının ixrac edildiyi əsas ölkələr isə bunlardır:
Ölkələr |
Qeyri-neft ixracının dəyəri |
Rusiya |
752 milyon dollar |
Türkiyə |
394,6 milyon dollar |
Gürcüstan |
157,7 milyon dollar |
ABŞ |
109,1 milyon dollar |
İsveçrə |
100,2 milyon dollar |
Ukrayna |
71,7 milyon dollar |
Qazaxıstan |
67,5 milyon dollar |
Oman |
65,8 milyon dollar |
Türkmənistan |
62,1 milyon dollar |
Almaniya |
34,2 milyon dollar |
Gözəl Həşimova