Elektrik mallarının satışı ilə məşğul olan “Amper” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Belə ki, MMC nizamnamə kapitalını 1 376 010 manatdan 1000 manat məbləğinədək azaldıb.

Xatırladaq ki, “Amper” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçi Söhbətov Xəyal Gülməmmədoğludur.

Şirkət bir çox dövlət qurumunun elan etdiyi milyonluq tenderlərin qalibi olub.