Oğuz şəhərində küçələrin əsaslı təmiri işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Oğuz Rayon İcra Hakimiyyəti bununla bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

RİH tenderin nəticələrinə görə, təmir işlərini ATF şirkətinə həvalə edib və şirkətlə dəyəri 589 462,69 manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, ATF MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin sahibləri Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarıdır. ATF şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir. Şirkətin qanuni təmsilçisi isə Azaddır. Şirkət əsasən bölgələrdə yol tikintisini həyata keçirir. İndiyədək ATF şirkəti milyonlarla dəyərində tenderlərin qalibi olub.

Xatırladaq ki, mətbuatda sözügedən MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti kimi tanındığı barədə məlumatlar yayılıb.