Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 222,7 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,5% azdır.

Hesabat dövründə ölkədən Fransaya ixrac 63,3 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 159,3 milyon dollar olub.

 

Gözəl Həşimova