Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Avstraliya ilə ticarət dövriyyəsi 910 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

Hesabat dövründə ölkədən Avstraliyaya ixrac 103,3 min dollar təşkil edib. Azərbaycanın Avstraliyadan idxalının dəyəri isə 909,9 milyon dollar olub.

 

Gözəl Həşimova