“CTC Ceramic” MMC gömrük ödənişlərinin ödənilməsindən yayındığına görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci (Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük ödənişlərinin ödənilməsindən yayınmaya görə  bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 faizindən 150 faizinədək məbləğdə cərimə edilir.