Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Türkiyənin "Makro 2000 Eğitim Texnolojileri İnşaat Taahhüt İç və Dış Ticaret Anonim Şirketi"nin Azərbaycandakı Filialına cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, DƏMX şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Protokol baxılması Sabunçu Rayon Məhkəməsinə göndərilib. İş hakim Samirə Məmmədlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, türkiyəli iş adamını 25 000 manatadək cərimələnəcək. 

Protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.