Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 778,7 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 32.7% çoxdur.

Bu dövrdə ölkədən Çexiyaya ixrac 740,2 milyon dollar təşkil edib. Azərbaycanın Çexiyadan idxalının dəyəri isə 38,4 milyon dollar olub.

 

Gözəl Həşimova