“Bakı kondisioneri” Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, ASC-nin hazırda yığılmış vergi borcunun miqdarı 1 113 700 manat təşkil edir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Eyni zamanda, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati protokol tərtib edilib və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmə iclasının vaxtı oktyabrın 4-nə təyin edilib.

Xatırladaq ki, “Bakı kondisioneri” 2001-ci ildə dövlət qeydiyyatına alınıb. 3 179 050 manat nizamanmə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Əliyev Fuad Sahil oğludur.