2022-ci il avqustun 31-nə Azərbaycanda pul bazasının həcmi 16 milyard 204,8 milyon manat təşkil edir.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

2021-ci il dekabrın sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ilin 8 ayı ərzində pul bazası 9,7% azalıb.

Cari ilin avqust ayında pul bazası 84,4 milyon manat və ya 0,5% artıb. 2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.