Azərbaycanın Polşa ilə ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 125 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39 milyon dollar çoxdur.

Hesabat dövründə ölkədən Polşaya ixrac 9,2 milyon dollar təşkil edib. Azərbaycanın Polşadan idxalının dəyəri isə 115,7 milyon dollar olub. Halbuki, ötən ilin eyni dövründə idxalın dəyəri 80,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin eyni dövründə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 85,9 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova