Azərbaycanda bu ilin yanvar-aprel aylarında maliyyəçilərin orta aylıq əmək haqqı 2 485 manat təşkil edib

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.

Hesabat dövründə dövlət sektorunda işləyən maliyyəçilər ayda orta hesabla 2 295 manat, özəl sektorda işləyən maliyyəçilər isə 2 532 manat maaş alıb.