Baku Electronics və Bosch  birlikdə ilk dəfə olaraq yalnız Bosch markasının məhsulları sərgilənən konseptual mağazanı açdı!

Açılış Baku Electronics və Bosch brendinin rəsmi nümayəndələrinin, qonaqların, jurnalist və bloggerlərin iştirakı ilə baş tutub.

Lentkəsmə və rəsmi çıxışlardan sonar qonaqlar mağaza ilə tanış olub, onlar üçün təşkil olunmuş canlı klassik musiqi ifasını dinləyiblər.

Açılışda Bosch brendinin İnkişafda olan ölkələr üzrə baş direktoru Gökhan Sigin çıxış edib.

Xatırladaq ki, Baku electronics və Bosch arasında əməkdaşlıq 1999-cu ildə başlayıb. Bosch Bakı elektronikasının bütün filiallarında təqdim olunur, həmçinin Nərimanova, Azadlıq və İnşaatçılarda aparıcı mağazalarda 3 eksklüziv Accent xətti zonası mövcuddur.

Şəhərin mərkəzində  Bül-bül prosperki 21 –də yerləşən (Köhnə Portofino) Bosch eksklüziv mağazası böyük və kiçik məişət texnikası, məşq otağını, uşaq sahəsini və Accent line mətbəxi olan eksklüziv sahəni əhatə edir.