Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 345,1 milyon ABŞ dolları azalıb. Halbuki, ötən ilin eyni dövründə xalis maliyyə aktivləri 5 milyard 746,6 milyon ABŞ dolları artmışdı.

İqtisadiyyat.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Builki azalma xaricə yönəldilmiş birbaşa investisiyaların 1 754,8 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 40,1 milyon ABŞ dolları artım olub), portfel investisiyalarının 75,4 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 569,3 milyon ABŞ dolları artım olub), digər investisiyaların isə 2 175,3 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl 5 137,2 milyon ABŞ dolları artım olub) hesabına baş tutub.