Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi, bu işə töhfə verəcək birgə təşəbbüslər müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Məlumata görə, müzakirələr qurumun İdarə Heyətinin sədri Orxan Məmmədovun Bakıda səfərdə olan BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Abdullah Məhəmməd Al Mazrui ilə görüşü çərçivəsində baş tutub.