İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X"də bildirib.

Görüşdə Azərbaycanın karbohidrogen və yaşıl enerji sektorunun inkişafı, enerji infrastrukturunun maliyyələşdirilməsi, eləcə də bu sahələrdə  ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

"Ölkəmizin 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik" ilində COP29 tədbirinə ev sahibliyinin əhəmiyyətini qarşılıqlı şəkildə vurğuladıq", - nazir qeyd edib.