“Qarabağ ermənilərinin hüquqları digər Azərbaycan vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycvanın Niderlanddakı səfiri Rəhman Mustafayev tvitterdə yazıb.

“Haaqada Azərbaycan və Ermənistan arasında sülh və Aİ-Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə dair maraqlı konfrans baş tutdu. Erməni həmkarlarıma yeni regional reallığın əsas parametrlərini izah etməkdən şərəf duydum. Qarabağ ermənilərinin hüquqları digər Azərbaycan vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək. Azərbaycan qanunvericiliyi ilə, nə az, nə çox”, - səfir əlavə edib.