Azərbaycanın bu ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə ixracı 2 milyard 210 milyon 443 min ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, illik müqayisədə qeyri-neft sektoru üzrə ixrac 324,9 milyon dollar və ya 17,2% artıb.

Bu dövrdə Azərbaycanın qeyri-neft məhsullarının ən çox ixrac edildiyi ölkələr isə bunlardır: 

 

Ölkə

Məbləğ

Rusiya

721,4 milyon dollar

Türkiyə

586,5 milyon dollar

Gürcüstan

219 milyon dollar

İsveçrə

86,3 milyon dollar

Qazaxıstan

72,4 milyon dollar

 

Gözəl Həşimova