Azərbaycan ilə Almaniya arasında bu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 1,2 milyard dollar dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 72,5 % çoxdur.

Hesabat dövründə Azərbaycandan Almaniyaya 553,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 705,5 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 730 milyon dollar təşkil edib.