İqtisadiyyat.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxildir.

Səfər çərçivəsində Azərbaycan iş adamları Çin şirkətlərinin məhsulların ixracına dair müzakirələr aparacaq, potensial alıcılarla görüşəcəklər. Bununla yanaşı, Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə Dəyirmi Masa və Azərbaycan şərablarının dequstasiyası təşkil olunacaq.

İxrac missiyası 1 mart tarixinədək davam edəcək.