Tel-Əviv Böyük Dəbilqə turnirində -66 kq. çəkidə mübarizə aparan Azərbaycan cüdoçusu Orxan Səfərov yarımfinalda gürcüstanlı idmançı Laşa Nadiradzeyə qalib gələrək finala çıxıb. 

İqtisadiyyat.az xəbər verir ki, Orxan finalda Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili və İspaniya təmsilçisi Alberto Qaitero Martin arasında olan görüşün qalibi ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Final görüşləri saat 19:00-da başlayacaq.