"Görünür Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı qazandığı uğurlara həsəd aparır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın bəyanatına münasibət bildirərkən deyib.

"Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib və həmişə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının tərəfdarı olub", - Azərbaycan XİN sözçüsü qeyd edib.