Avstriyada 50 minə yaxın dəmiryol işçisi, kollektiv müqavilə çərçivəsində istədikləri kimi maaş artımı ala bilmədikləri səbəbiylə ölkə daxilində bir günlük "xəbərdarlıq tətili" keçirib.

Gecə saatlarında başlayan tətil çərçivəsində bütün Avstriyada milli, regional və beynəlxalq qatarların hərəkəti bir gün müddətinə dayandırılıb.

Qatar stansiyalarında tətil səbəbi ilə müxtəlif ölkələrdən gələn əcnəbilər zərər çəkib.

İşçiləri təmsil edən VİDA İttifaqı işçilərin maaşlarının ayda 400 avro artırılmasını tələb etsə də Avstriya Ticarət Palatası bu artımı yüksək hesab edir və güzəştə getmir.

Bu arada ölkədə müxtəlif sektorlarda tətil qərarı gözlənilir. Dükan və market kimi iş yerlərində çalışan satış işçilərinin həftə sonu tətil edəcəyi nəzərdə tutulur.