Avstraliyada yük qatarının relsdən çıxması nəticəsində 16 vaqon yola aşıb. 

Heç kimin xəsarət almadığı qəzanın avtomobil və dəmir yolu tədarük zəncirlərini daha da poza biləcəyi ehtimal edilir. Yük qatarı səhər tezdən İnverley və Qerinqhap şəhərləri arasındakı həmsəviyə keçidinin yaxınlığında relsdən çıxıb.


İqtisadiyyat.az xəbər verir ki, Avstraliya Dövlət Fövqəladə Hallar Xidmətinin (SES) verdiyi açıqlamada hadisə nəticəsində xəsarət alan olmadığı, yüklər arasında təhlükəli maddə olmadığı bildirilib.


"Biz bilirik ki, həmin ərazidə güclü yağış və daşqınlar olub, lakin indiki mərhələdə qatarın relsdən çıxmasının səbəbini müəyyən etmək tezdir", - SES-in əməliyyatlar üzrə baş direktoru Tim Vibuş bildirib. 


İstintaqın sonunda əlavə məlumat veriləcək deyə qeyd edilib.