"Atəşgah Sığorta" ASC-nin İdarə Heyətinə (İH) sədr təyin olunub.

İqtisadiyyat.az şirkətə istinadən xəbər verir ki, bu, indiyə qədər sədr vəzifəsini müvəqqəti icra edən İH-nin üzvü Tahir Kazımovdur.

O, sədr vəzifəsində bir qədər əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri təyin edilmiş və bununla da sığorta sektorunu tərk etmiş Azər Əliyevi əvəzləyib.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.