Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gələn il üçün nəzərdə tutulan büdcəsinin gəlirlərinin 12 milyard 073,3 milyon manat, xərclərinin isə 12 milyard 862 milyon manat olacağı gözlənilir.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 26,1 % az və 8,5 % çoxdur.

Nəticədə fondun büdcəsində 788,7 milyon manat kəsir yaranmalıdır. Builki proqnoz 4 milyard 487,5 milyon manat profisitdir.